Yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq

A- A A+

Azərbaycanda yüksək biotəhlükəsizlik tələblərinə cavab verən laboratoriya kompleksi və vivarium yaradılacaq.

NUHÇIXAN xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, kompleksin yaradılması Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə tapşırılıb.

Xatırladaq ki, vivarium canlı orqanizmlərin nəzarət olunan şəraitdə saxlanıldığı və müşahidə edildiyi xüsusi mühitdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: