Naxçıvanda bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

İnzibati məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

Əliyev Tural Yusif oğlu

kommersiya məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi

Musayev Kamran İbrahim oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Culfa Rayon Məhkəməsi

Qurbanova Gülay Əjdər qızı

Naxçıvan Şəhər Məhkəməsi

Nəcəfova Taliyə Tofiq qızı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: