Prezident Naxçıvanın iki energetikini “Tərəqqi” medalı ilə təltif edib

A- A A+

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.

Təltif olunanlar arasında Naxçıvanda fəaliyyət göstərən iki energetik də var.

Belə ki, “Azərenerji” ASC-nin “Naxçıvan Enerji” MMC-nin direktoru Məhərrəm Hüseyn oğlu Abbasov və Naxçıvan Modul Elektrik Stansiyasının rəisi Səlami Ağəli oğlu Mütəlov “Tərəqqi” medalına layiq görülüblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: