Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov yanvarın 17-də Naxçıvan Muxtar Respublikası səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 100 illiyi münasibətilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilsin:
“Əməkdar həkim”
Babayev Vaqif Baba oğlu
Cəfərov Fuad Heydər oğlu
Hüseynov Bəxtiyar Məmmədhüseyn oğlu
Rəhimova Tünzalə Əbülfəz qızı
“Əməkdar tibb işçisi”
Cəfərova Solmaz Musa qızı
Kazımova Ülkər İbrahim qızı
Novruzova Səba Nurəddin qızı
Piriyeva Sevda Fətulla qızı.
2. Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında uzunmüddətli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Rəşadətli əməyə görə” nişanı ilə
Dünyamalıyeva Aysel Məmməd qızı
Əsgərov Vilayət Abbas oğlu
Həsənova Cəmilə Əbilqasım qızı”.