Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yeni strukturunun təsdiq edilməsi və “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında”
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, fərmanla Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin strukturu” təsdiq edilib, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin işçilərinin say həddi cəmi 674 ştat vahidi olmaqla, aparat üzrə 56 ştat vahidi, magistral qaz kəmərlərinin və qaz paylayıcı stansiyaların istismarı idarəsi üzrə 113 ştat vahidi, texnoloji nəqliyyat idarəsi üzrə 26 ştat vahidi, təmir, tikinti və quraşdırma idarəsi üzrə 70 ştat vahidi, regional qaz istismar idarələri üzrə 409 ştat vahidi müəyyən edilib.