Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik edir, Azərbaycan xalqının rifahı naminə davamlı uğurlar və məhsuldar fəaliyyət arzulayıram.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” platformasındakı səhifəsində bildirib.
“Mən dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm.
Bu tarixi dövrdə ölkəmizin azadlıq mübarizəsində Azərbaycanın göstərdiyi humanitar və digər yardımları yüksək qiymətləndiririk. Prezident Əliyevlə konstruktiv və etibarlı münasibətlərimizi, eləcə də komandalarımız arasında praktik əməkdaşlığı yüksək qiymətləndirirəm.
Əminəm ki, Ukrayna ilə Azərbaycanın strateji əlaqələri bundan sonra da möhkəmlənəcək”, - Zelenski qeyd edib.