Prezident İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə qarşıdan gələn Bahar bayramı münasibətilə məktub ünvanlayıb.
NUHÇIXAN xəbər verir ki, dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib: “Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm”.
Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin bundan sonra da birgə səylərlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyini ifadə edib.