Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq mərkəzinin açılışı olub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev idman-sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq mərkəzində yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.