Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış doqquzuncu sessiyası keçirilib.
NUHÇIXAN xəbər verir ki, həmin sessiyada İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi təsdiq olunub.
Fondun büdcəsinin gəlir və xərcləri 1 milyon 751 min manat məbləğində müəyyən edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Fərman imzalayıb.