Azərbaycan Prezidenti meksikalı həmkarına başsağlığı verib

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı məktubu göndərib.

NUHÇIXAN xəbər verir ki, məktubda dövlətimizin başçısı İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Andres Manuel Lopes Obradora, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: