Prezident Naxçıvan gömrükçülərini təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev yanvar ayının 29-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında gömrük sahəsində fəqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Qəribov Mahin Heydar oğlu, Məmmədov Qalib Müslüm oğlu və Nəsirova Minayə Ramiz qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: