Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslər təltif edilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Cabbarov Azad Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Əsgərli Asif Məmməd oğlu
Qədirov Vüqar Kərim oğlu
Orucov İlqar Nəcibəddin oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

İskəndərov Vüqar Yapon oğlu
Quliyev Rüfət Mətləb oğlu
Nəcəfli Kamal Məmməd oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: