Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2019-cu il üçün elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatı “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Hacıyev İsmayıl Muxtar oğluna verilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.