Prezidentin Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği martın 1-dən 180 manat müəyyən edilib
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.