Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev fevral ayının 9-da Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam izmalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının vergi sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi  verilib. Əliyev Rəşad Qəhrəman oğlu və Sultanova Sədaqət Ramiz qızı isə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: