Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xristian icmasının Milad bayramı ilə bağlı paylaşım edib.
NUHÇIXAN xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!"