Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev fevralın 19-da Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamla Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Prezidentin digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, Fərif Şəfiyev əvvəllər Azərbaycan Respublikasının Kanadada fövqəladə və səlahiyyətli səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi işləyib.