Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə Prezidentin ehtiyat fondundan bir milyon manat ayrılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılmasına dair Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən, Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentinin ehtiyat fondundan İctimai Birliyinə bir milyon manat ayrılıb.