Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTOLAR
Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.