Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər - YENİLƏNƏCƏK
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edir.