Prezident İlham Əliyev Venesuelanın, Ruandanın və Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: