Səhət Həbibbəyli komitə sədri təyin edildi - FƏRMAN

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də Səhət Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilsin."

Qeyd edək ki, Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini  vəzifəsində çalışırdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: