Prezident İlham Əliyev martın 6-da Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının ictimai həyatında fərqlənən qadınlar da var.
Prezidentin sərəncamı ilə Rüstəmova Məlahət Oruc qızı “Əməkdar müəllim” fəxri adı , Əkbərova Mehrəngiz Ağabala qızı və Məmmədova Fizzə Sadıx qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.