Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 9-da “Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.