Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü

A- A A+

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

NUHÇIXAN xəbər verir ki, görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdilər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunuldu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: