Prezident İlham Əliyev mayın 18-də Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının muzey işçiləri də var. Prezidentin sərəncamı ilə, Orucəliyev Ramil Əli oğlu və Hacıyev Akif Bağır oğluna Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.