Rusiya Prezidenti İlham Əliyevə doğum günü münasibətilə zəng edib

A- A A+

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Rusiya Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: