Prezident İlham Əliyev Siyam Hacıyevin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin".