Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidenti Peter Pelleqriniyə minnətdarlığını bildirib.
NUHÇIXAN xəbər verir ki, Prezidentin "X" hesabında bununla bağlı paylaşım edilib.
Paylaşımda deyilir: “Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son PUA hücumlarından sonra nümayiş etdirdiyi prinsipial mövqeyə və həmrəyliyə görə səmimi təşəkkürümü bildirirəm.
Azərbaycanın Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsi ilə bağlı dərhal göstərdiyi dəstək ölkələrimiz arasında yüksəksəviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”.
