Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub - YENİLƏNƏCƏK - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
NUHÇIXAN xəbər verir ki, sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.
Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Paylaş