Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.

NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini dedi.

Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı birgə layihələrin uğurla icra olunduğunu dedi.

Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələri ölkələrimizin qurumları arasında əməkdaşlığın inkişafına töhfə verir.

İqor Sergeyenko Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılışında iştirak etdiyini deyərək, burada şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını vurğuladı. Qeyd etdi ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı zəngin təcrübəsi olan Azərbaycanda WUF13 də yüksək səviyyədə təşkil edilib.

Söhbət zamanı münasibətlərimizin müxtəlif sahələrdə inkişafı perspektivləri müzakirə edildi, hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: