Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərini medalla təltif edib

A- A A+

Prezident İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qasımov Balakişi Ələkbər oğlu

Talıbov Elman Eldar oğlu".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: