Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 30-da Səbuhi Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin".