Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də Tapdıq Əliyevin iqtisadiyyat naziri təyin edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilsin".
Qeyd edək ki, Tapdıq Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.