Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 17-də Elçin Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfa oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilsin".
Qeyd edək ki, Elçin Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Maliyyə nazirinin müavini vəzifəsində çalışıb.