Prezident İlham Əliyev Ukraynanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

NUHÇIXAN xəbər verir ki, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçib.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etib.

Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfir əminliyini ifadə etdi ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: