Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin əsasında “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs yaradılsın.
2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin;
2.2. Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin istifadəsində olan əmlak və avadanlıqların bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin balansına verilməsini təmin etsin.
3.Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı zəruri tədbirlər görsün."