Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, sərəncama əsasən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Z.Sereteli Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraşdır.