Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 22-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə:
Şaxtaxtinski Nizami Ağa oğlu – “Əməkdar həkim” fəxri adı ilə;
Eyvazova Darçın Ağanəcəf qızı
Vəliyeva Leyla Qulu qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;
Allahverdiyeva Lalə İsmayıl qızı – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə;
Əliyeva Təranə Ədalət qızı
Həsənova Sevda Sabir qızı
İbrahimova Zəminə Əbülfəz qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.
Qeyd edək ki, Ali Məclis Sədrinin 2019-cu il 16 may tarixli sərəncamı ilə Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd olunur.