Prezident İlham Əliyev mədəniyyət xadimlərinə "Tərəqqi" medalı verilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məluatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Bulanova Oksana İqorevna
Əhmədov Ənvər Misir oğlu
Qəniyev Maarif Soltan oğlu
Mustafayev Sabir Məmməd oğlu
Salayev İltifat Saleh oğlu
Talıbzadə Alina Dmitriyevna".