Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 25-də Əbil Əbilovun Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əbil Mehrac oğlu Əbilov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilsin."