Prezident Naxçıvanda sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxsləri təltif etdi - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyunun 3-də Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslər də var.

Prezidentin sərəncamı ilə Əhmədov Fikrət Bayram oğlu və Məmmədov Ziyafəddin Məcid oğlu “Tərəqqi” medalı ilə, Qədirzadə Aysel Qadir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: