Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, Sərəncama əsasən təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.