Prezident İlham Əliyev iyunun 11-də Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cəfərov Rauf Mehralı oğlu
Əbdülov Sucəddin Cəlil oğlu
Əliyev Əlövsət Həbib oğlu
Həsənov Ədalət Bəybala oğlu
Hüseynov Xəlil Rafiq oğlu
Musayev Vilayət Novruz oğlu
Süleymanova Nəzakət Akif qızı
Şahsuvarov Oruc Müseyib oğlu".