Prezident İlham Əliyev iyunun 11-də Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının səhiyyə sahəsində fərqlənən şəxslər də var.
Prezidentin sərəncamı ilə Məmmədov Azər Bağır oğlu “Əməkdar həkim”, Əliyeva Təranə Sabir qızı “Əməkdar tibb işçisi”, Cəfərov Rauf Mehralı oğlu isə “Tərəqqi” medalı ilə təltif ediliblər.
Qeyd edək ki, həmin şəxslər Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə təltif ediliblər.