Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 18-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin".