Prezident İlham Əliyev iyunun 21-də Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Famil Front oğlu Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilsin".
Qeyd edək ki, F.Musayev 2018-ci il sentyabrın 3-dən bu təyinatadək Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini icra edən sədr müavini idi.