Prezident İlham Əliyev iyunun 22-də Süleyman İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin".