Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM

A- A A+

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Fuad Nadir oğlu Məmmədova

general-mayor Zahid İbrahim oğlu Hüseynova

“general-mayor” hərbi rütbəsi

polkovnik Qədir Əşrəf oğlu Nəsibova

polkovnik Rasim Rza oğlu Babayevə

polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə

polkovnik Polad İsrayıl oğlu Həşimova

polkovnik İlqar Zakir oğlu Lətifova

polkovnik Məhəmməd Kərim oğlu Həsənova".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: