Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu barədə müvafiq qərarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 25-də imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2019-cu il iyun ayının 28-də saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.